Türk Qızıl Ay Cəmiyyəti Qəzzaya yardım edir
920 dəfə baxılıb
“Sələf Xəbər” “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Qızıl Ay Cəmiyyətinin göndərdiyi humanitar yardımın bir hissəsi Qəzzaya çatıb.
Cəmiyyətinin Qəzzadakı səlahiyyətlisi İmad Əbu Matar, “AA” müxbirinə etdiyi açıqlamasında, Qəzzaya çatmış yükdə 92 ton şəkərin olduğunu bildirib. Yaxın günlərdə Türk Qızıl Ayı Qəzza zolağına qida, tibbi və təmizlik vasitələrini göndərəcək, Əbu Matar bildirib.
Qeyd edək ki, İsrailin 7 iyulda Qəzzaya qarşı başladığı və 51 gün davam edən hücumları nəticəsində 2145 fələstinli həyatını itirib, 11 mindən çox insan yaralıdır. Misirin vasitəçiliyi ilə Qahirədə keçirilən atəşkəs üzrə müzakirələrin yekunu olaraq 26 avqustdan atəşkəs əldə edilib və İsrail, hücumlarını dayandırıb.
“Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdəki bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə bədənin digər üzvləri bir-birlərini, xəstə üzvünün acısına, yuxusuzluq və atəşlə iştirak etməyə çağırırlar.” (Muslim, Buxari).Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)