Türk tankları daha bir şəhərə girdi – Xalq onları alqışlarla qarşıladı (VİDEO)
1. 497 dəfə baxılıb
Qazaxıstanın paytaxtı Astanada Türkiyə, Rusiya və İranın əldə etdiyi razılıq nəticəsində bufer zona elan edilən Suriyanın İdlib şəhərinə Türk ordusunun tankları daxil olub.
Hərbi əməliyyatların məqsədi şəhərdə yaşayan 3 milyon insanın təhlükəsizliyini təmin etmək və terrorçulardan təmizlənən əraziləri daha da genişləndirməkdir.
Belə ki, PKK terror tşkilatının Suriya qanadı olan PYD-nin işğalı altındakı Afrin şəhərinə yaxın Atme bölgəsindən Türkiyə hərbçilərini daşıyan avtomobillər, tanklar İdlibə girib.
Selefxeber.az-ın “Baku.ws” saytına istinadən xəbərinə görə,İdlib əhalisi Türk əsgərlərini alqışlarla qarşılayıblar.
Əsgərlər şəhərə girməzdən əvvəl “Fırtına” topları ilə atəşə tutulub.
Bundan başqa, Türkiyə KİV-də yayılan məlumatlara görə, Afrin sərhədində Türkiyənin hərbi bazası yaradılacaq.