Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə Qəzzaya üzən elektrik stansiya göndərəcək

Avqust 20
19:06 2014

APA-nın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə hökuməti Qəzzaya üzən elektrik stansiya göndərəcək.

Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə lazımi rəsmiləşdirmədən sonra 100 meqavatt güclü üzən elektrik stansiya Qəzzaya göndəriləcək.

Nazir qeyd edib ki, stansiya bir balıqçı limanında dayanaraq, Qəzzadakı yaşayış məntəqələrini elektrik enerjisi ilə təmin edə biləcək.

T.Yıldız fələstinli həmkarı Ömər Kittaneh ilə görüşdüyünü və bölgənin enerji problemləri barədə danışdıqlarını bildirib: “İsraildən gələn 10 xətt bombalanıb və Qəzza 120 meqavatlıq elektrik enerjisindən məhrum olub. Orda gedən təmir işləri yekunlaşana qədər, iki-üç ay ərzində əlavə dəstəyə ehtiyac duyulacaq. Hazırda üzən stansiya göndərməyimiz bu problemləri aradan qaldırmaq məqsədi daşıyır”.

“Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah Təala Qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah Təala də onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar” (Muslim 4\ 2074\ № 2699).

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər