Türkiyə 12800 nəfəri qara siyahıya aldı
727 dəfə baxılıb
“Sələf Xəbər” “əl-Arabiyya” kanalına istinadən xəbər verir ki, dünən Türkiyə cümhuriyyəti torpağına girməsi qadağan edilənlər siyahısına Suriya və İraqa keçməkdə şübhəli bilinən 12800 nəfəri də əlavə edib.
Bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Vaşinqtonda ABŞ-ın Xarici İşlər Naziri Con Keri ilə görüşü əsnasında qeyd edib. O, 1300 əcnəbi döyüşçünün Türkiyədən çıxarıldığını da vurğulayıb.
Həmçinin deyib ki, Türkiyə bacardığı qədər onların Türkiyədən keçməsinin qarşısını alır. Lakin gəldikləri həmin ölkələr də gərək onların çıxışlarına mümkün qədər qadağalar qoysun. Bunun üçün də daha geniş əməkdaşlığa ehtiyac vardır.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam İdeologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər”. (Əl-Buxari)