Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

“Türkiyə 3-cü dünyadan 1-ci dünyaya yüksəldi” – Qərbdən etiraf

Avqust 12
14:09 2015

“The Strait Times” qəzeti Türkiyədə son 10 ildə baş vermiş iqtisadi dəyişikliklərlə bağlı “Türkiyənin 3-cü dünyadan 1-ci dünyaya yüksəlişi” başlıqlı məqalə dərc edib.

“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, məqalədə bir vaxtlar BVF-yə əl açan, Qərb dövlətlərin gələcəyinə qərar verdiyi üçüncü dünya ölkəsi kimi xarakterizə edilən Türkiyənin birinci liqaya yüksəldiyi bildirilir.

Məqalədə Türkiyənin yaxın gələcəkdə zənginlər liqasının mühüm bir oyunçusu olacağı qeyd edilir.

Qəzetin Avropa redaktoru Conatan Eyal tərəfindən yazılan məqalədə, Türkiyənin son illərdə qlobal bir oyunçu kimi dünya səhnəsinə çıxdığı bildirilir. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın liderliyində Türkiyənin son 10 ildə böyük naliyyətlər əldə etdiyi vurğulanır.

Məqalədə qeyd olunur ki, 2003-cü ildə baş nazir kimi Türkiyənin rəhbərliyinə keçən Ərdoğanın yürütdüyü iqtisadi siyasət ölkədə ümumi daxili məhsulu 303 milyard dollardan 820 milyard dollar səviyyəsinə qaldırıb. Hazırda Türkiyənin dünyanın iqtisadi cəhətdən inkişaf etmiş 17-ci böyük dövləti olduğu bildirilir.

Məqalədə 2000-ci illərin əvvəlində 77 milyonluq Türkiyənin orta hesabla gəlirinin Avropa Birliyi vətəndaşlarının gəlirlərindən 20 faiz aşağı olduğu, ancaq ötən ilin məlumatlarına görə, türk vətəndaşlarının gəlir vəziyyətinin Avropanın yüzdə 70-nə yaxınlaşdığvurulanır.

Yazar Türkiyə şirkətlərinin dünyanın müxtəlif ölkələrinə yatırım qoyduğu, Türk Hava Yollarının dünyanın 4 qitəsinə uçduğu, iqtisadiyyatla yanaşı Ankaranın siyasi nüfuzunun da getdikcə artdığı bildirilir.

Sələf Xəbər: Qardaş Türkiyənin bu kimi uğurlar əldə etməsi təbii ki, müsəlman dünyasını çox sevindirir. Lakin bu uğura görə həsəd aparan, paxıllıq edənlər də az deyildir.
Uca Allah belə həsədçi və paxıl insanlar haqqında buyurur: “Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından (çıxan sözlərdən) bəllidir. Kökslərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 118-ci ayə)
“Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 120-ci ayə)

Digər xəbərlər