Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə 63 İŞİD üzvünü məhv etdi

May 02
16:35 2016

Türkiyə ordusunun iki gündür İŞİD terror xəvaric qruplaşmasına qarşı apardığı əməliyyatlarda 63 təşkilat üzvünün öldürüldüyü bildirilir.

“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, Adana vilayətində yerləşən “İncirlik” hərbi hava bazasından qalxan pilotsuz təyyarələrin İŞİD terror xəvaric qruplaşması mövqelərini bombalaması zamanı 29 silahlı öldürülüb.

Türkiyə ordusunun dünən səhər İŞİD terror xəvaric qruplaşmasının nəzarət etdiyi əraziləri artilleriya atəşinə tutması zamanı isə 34 təşkilat üzvü öldürülmüşdü.

Suriyanın şimal qərbində yerləşən ərazilərdə İŞİD terror xəvaric qruplaşmasının 5 silah anbarının və hərbi avtomobillərinin pilotsuz təyyarələr tərəfindən vurulduğu bildirilir.

Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur İslam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir”. (“əl-İrhab”, 24)

Digər xəbərlər