Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyә 800 min Qәzzalının su ehtiyacını ödəyib

Noyabr 11
18:22 2014

“Sələf Xəbər” TRT Azərbaycan-a istinadən xəbər verir ki, Qəzzada, Türkiyə tərəfindən maliyyәlәşdirilәn su quyuları istifadәyә verilib. Bu quyular 800 min Qəzzalının su ehtiyacı tәmin edəcək.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA)-nın sədri Sәrdar Çam ilə Qəzzaya gedən Türkiyənin Qüds səfiri Mustafa Sarnıç, Eş-Şuçaiyyә Məhəlləsində qazılan su quyularının istifadәyә verilmәsi münasibәti ilә tәşkil edilәn mәrasimә qatılıb.

Səfir həmçinin inşası davam edәn Fələstin-Türkiyə Dostluq Xəstəxanasını və İsrail hücumları nәticәsindә zərər görən Qəzza İslam Universitetini dә ziyarət edib.

Sarnıç, verdiyi açıqlamada Qəzzada su quyularının tikintisində məqsədin əhalinin su təchizatı probleminin həll edilməsi olduğunu bildirib, və vurğulayıb ki, Türkiyə, Qəzzanın yenidən bәrpası üçün lazımi kömәyi davam etdirəcək.

TİKA-nın sədri Sәrdar Çam isə Qəzzada Türkiyənin maliyyələşdirdiyi layihələrin həyata keçirilmәsinә dair aparılan işlәri yaxından izlәdiklәrini bildirib.

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Qəzzada olduqlarını ifadә edәn Çam, “istifadәyә verdiyimiz quyularla, təxminən 800 min Qəzzalının su ehtiyacı tәmin edilәcәk”, deyib.

 Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah Təala qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah Təala də onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar” (Muslim 4\ 2074\ № 2699)

Digər xəbərlər