Türkiyə Afrikada yeni məscidlər inşa edir – FOTO
1. 805 dəfə baxılıb
Türkiyənin hökumət və qeyri-hökumət təşkilatları Afrikada İslam dini mərkəzləri və məscidlər qurmaqda fəaliyyətlərini davam etdirir.
Bu günlərdə Qvineyanın paytaxtı və ən böyük şəhəri olan Konakridə II Abdulhəmid Xan adına məscidin və onun tərkibində fəaliyyət göstərən mədrəsənin açılışı baş tutub. Layihə İDDEF assosiasiyası (İnsana Dəyər Verən Dərnəklər Federasiyası) tərəfindən həyata keçirilib.
Selefxeber.az-ın “iddef.org“-a istinadən xəbərinə görə, Mahmud Ustaosmanoğlu Xoca Əfəndi adına başlanan külliyyə 21.000 kvadrat metr sahəyə malik bir ərazidə inşa edilib. Külliyyənin əsas hissəsini isə eyni anda 7 min nəfərin namaz qıla biləcəyi II Abdulhəmid Xan Məscidi (1450 kvadrat metr ) təşkil edir.
Afrikanın yoxsul ölkələrindən olan Qvineyada inşa edilən külliyyə ölkədəki ən böyük islam mərkəzi olması ilə xüsusui bir əhəmiyyət daşıyır. Mərkəzdə qızlar və oğlanlar üçün mədrəsə, 500 şagird üçün ixtisas mərkəzi ( burada seçmə şagirdlər yüksək ixtisaslara yiyələnə biləcək), gün ərzində 100 nəfərə xidmət göstərəcək səhiyyə ocağı, üç min nəfərlik yeməkxana və qonaq evi də daxildir.
Açılış mərasimində Türkiyədən 180 nəfərlik böyük bir heyətlə yanaşı, Qvineya Dini İşləri naziri Əbdülkərim Jobari və Konakri bələdiyyə başçısı Süleyman Torancalu, eləcə də 5 min nəfərə yaxın yerli əhali iştirak ediblər.