Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə Ali Hərbi Şurası son qərarını verdi

İyul 29
17:26 2016

Ankarada Türkiyənin baş naziri Binəli Yıldırımın sədrliyi ilə Ali Hərbi Şuranın iclası keçirilib.

Selefxeber.az-ın APA-ya istinadən məlumatına görə, şuranın qəbul etdiyi qərar ölkə prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən təsdiqlənib. Bu barədə Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirib.

“Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar, Quru Qoşunları komandanı, general Salih Zəki Çolak, Hərbi-Hava Qüvvələri komandanı, general Abidin Unal və Hərbi-Dəniz Qüvvələri komandanı, general Bülənt Bostanoğlu öz vəzifələrində qalacaqlar”, – deyə İbrahim Kalın bildirib.
Jandarma Qüvvələrinin yeni komandanı general Yaşar Gülər təyin edilib.

Bundan əvvəl Quru Qoşunların qərargah rəisi general İhsan Uyar və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yanında Hərbi Doktrina və Hərbi Təhsil İdarəsinin rəisi general Kamil Başoğlu istefa veriblər. Qeyd olunan generallar Ali Hərbi Şuranın üzvü olublar.

Qeyd edək ki, hökumətin qərarı ilə 149-u general və admiral olmaqla, 1684 zabit hərbi çevrilişə cəhdə görə ordu sıralarından xaric edilib.

Sələf Xəbər: Müsəlmanların bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik.

Digər xəbərlər