Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə Avropa ölkələri ilə viza rejimini ləğv etdi

May 03
17:49 2016

Türkiyə Şengen zonası dövlətləri üçün vizaları ləğv edib.

“Sələf Xəbər” ATV.az-a istinadən xəbər verir ki, bu barədə qərar hökumətin rəsmi orqanı olan “Resmi Gazete”də çap olunub.

Qeyd olunub ki, qərar Türkiyə vətəndaşlarının Şengen zonasına vizasız gediş-gəlişi barədə Avropa Komissiyasının qərarından sonra qüvvəyə minəcək. Sabah Avropa İttifaqı Türkiyə üçün vizasız rejimin tətbiqini təsdiq etməlidir.

Sənəd təsdiqləndiyi halda, iyunun 30-da Türkiyə vətəndaşları üçün Şengen vizasının ləğv ediləcəyi ilə nəticələnəcək.

Türkiyənin qərarını alqışlayan Avropa Komissiyasının nümayəndəsi Marqaritis Sxinas deyib ki, bu günə kimi Türkiyə 11 Aİ ölkəsinə viza rejimi tətbiq edirdi.

Sələf Xəbər: Uca Allahdan bütün dünyadakı müsəlmanların vəziyyətini yaxşılaşdırmasını diləyirik. Amin!

Digər xəbərlər