Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə bir gündə 60 min suriyalı qaçqını qəbul edib

Sentyabr 22
17:41 2014

“Sələf Xəbər”-in Bakupost-a istinadən məlumatına görə, dünən Suriyadan məcburi qaçıb Türkiyəyə sığınanların sayı 60 min nəfəri ötüb.

Bu barədə xəbər verən Türkiyə baş nazirinin müavini Numan Kurtulmuşun sözlərinə görə, suriyalı qaçqınlar Şanlı Urfada bir məktəbin yataqxanasına gətirilirlər.

N. Kurtulmuş deyib ki, Suriyanın Kobani bölgəsində 20 kəndin İŞİD terror xəvaric qruplaşmasının nəzarətinə keçməsindən sonra həmin kəndlərin əhalisi Türkiyə sərhədinə doğru qaçmağa başlayıb. Türkiyə sərhədində minlərlə qaçqının toplaşmasından sonra hökumət sərhədi açmaq barədə qərar qəbul edib.

Qaçqınlardan 3 min nəfərinin məktəb yataqxanasında və həyətdə qurulacaq çadırlarda yerləşdirilməsi, qalanlarının başqa bölgələrə göndərilməsi planlaşdırılır.

N. Kurtulmuşun dediyinə görə, hazırda Türkiyədə bir milyondan çox Suriya qaçqını var: “Bu gün 60 min nəfər qəbul elədik. Ötən həftə isə 36-38 min qəbul olunmuşdu. Təxminən 30 min də yezidi Türkiyəyə qaçqın kimi qəbul
edildi. Biz üzərimizə düşən humanizmi göstəririk, lakin istəyimiz budur ki, heç bir insanın qaçqın durumuna düşməsin”.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah Təala qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah Təala də onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar” (Muslim 4\ 2074\ № 2699).

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər