Türkiyə daha dörd şəhid verdi
Yanvar 28
17:44
2016
630 dəfə baxılıb
“Sələf Xəbər” AZƏRTAC-a istinadən bildirir ki, Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda Kürd Fəhlə Partiyası (PKK) tərəfdarlarına qarşı həyata keçirilən antiterror əməliyyatlarında bir polis, üç əsgər şəhid olub, daha üç əsgər isə yaralanıb.
Anadolu Agentliyinin məlumatına görə, yaralı əsgərlər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)