Türkiyə əhalisi Azərbaycanı ən yaxın dost ölkə sayırmı? – SORĞU
833 dəfə baxılıb
“Haberler”in yaydığı məlumata görə Kadir Has Universitetinin keçirdiyi sorğuda iştirak edənlərin əksəriyyəti Azərbaycanı ən yaxın döst ölkə hesab edirlər.
Azərbaycanı dost hesab edən sorğu iştirakçıları 59,3%, Türkiyənin xarici siyasətdə Azərbaycanla birlikdə hərəkət etməli olduğunu düşünənlərin faiz göstərici 48,5 faizdir.
“Türkiyənin dostu yoxdur” deyənlərin faiz göstərici 23,1 faiz təşkil edir.
APA-nın məlumatında deyilir ki, Türkiyə üçün ən böyük təhdid hesab edilən ölkələr sırasına 69,6 faizlə Yaxın Şərq ölkələri başçılıq edib. Bu ölkələrdən hansının daha çox təhdid təşkil etməsi sualına isə 30,4 faiz respondent Suriya cavabını verib. Rusiyanı təhdid hesab edənlərin sayı isə ötən ilə nisbətən 3 dəfə artaraq 34,9 faizə yüksəlib.
Sorğu iştirakçılarının 31,1 faizi Türkiyənin xarici siyasətdə ən böyük problemin terrorla mübarizə olduğunu bildirib. Siyasətdə ən problemli məsələ kimi isə 22,9 faizlə Suriya məsələsi, 15,9 faiz İsraillə münasibətlər, 11,3 faiz isə Rusiya ilə münasibətlər göstərilib.
Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyənlər 61,8 faiz, heç zaman üzv olmayacağını düşünənlər isə 66,7 faiz təşkil edir
Sələf Xəbər: Müsəlmanların bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!