Türkiyə əhalisinin 83%-i oruc tutur
891 dəfə baxılıb
“Ənsar” İA-nin habertoplam.com saytına istinadən verdiyi xəbərə görə, Türkiyə vətəndaşlarının 83,4%-i müsəlmanlar üçün müqəddəs sayılan Ramazan ayında Uca Allahın bütün əmrlərini yerinə yetirir. Kişilər arasında oruc tutanlar 80,6%-dir, qadınlar arasında isə bu göstərici – 86% təşkil edir. Bu məlumatları Türkiyə Respublikasının Dəyanət İşləri Nazirliyi təqdim edib.
Hökumətin “Türkiyədə dini həyatın araşdırması – 2014” adlı hesabatına əsasən ölkə əhalisinin 99,2%-i özünü müsəlman hesab edir. Onların 77,5%-i özünü hənəfi, 1,1%-i isə – şəfii məzhəbinə aid edir.
42,5% türk gündə 5 dəfə daim namaz qılır, bununla belə, 16,9% əhali ümumiyyətlə namaz qılmır. Dindarların əksəriyyəti (50,5%) kəndlərdə yaşayır, 39,4%-i – şəhər sakinləridir; onlardan 49,8%-i qadın, 34,8%-i isə kişidir.
Bundan əlavə, təqdim olunan hesabat göstərir ki, 71,6% türk qadını – hicablıdır. Onlardan 88,9%-i kəndli qadınlar, 65%-i isə meqapolis sakinləridir. Araşdırmada iştirak etmiş Türkiyə Respublikasının 27,2% qadın vətəndaşı qəti surətdə hicaba qarşıdır. Sorğuda ölkənin müxtəlif əyalətlərindən 21 min 632 nəfər iştirak edib.
Uca Allah buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz. Müəyyən sayda olan günləri (oruc tutmalısınız.) Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda (oruc tutmalıdırlar.)”(Müqəddəs Quran, “Bəqərə” surəsi, 183-184-cü ayələr)