Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə Fələstində dağıdılmış məscidləri bərpa edəcək

İyun 16
16:20 2016

Türkiyə dövləti müharibə zamanı İsrail ordusu tərəfindən Fələstində dağıdılmış 70-ə yaxın məscidi yenidən bərpa edəcəyini bildirib.

Fələstində müharibə zamanı dağıdılmış məscidlərin bərpası ilə bağlı Həmas Hərəkatı Siyasi Bürosunun sədr müavini İsmayıl Haniyə və Türkiyə Dəyanət İşləri nümayəndələrinin görüşü zamanı razılıq əldə olunub.

Türkiyənin maliyyə dəstəyinin köməyi ilə 2014-cü ildən bu yana İsrail ordusu tərəfindən dağıdılmış 70-ə yaxın məscid, eləcə də 34 ibadət məkanı yenidən bərpa ediləcək.

Bundan əlavə, bildirilib ki, Türkiyə Fələstindəki 200-ə yaxın qismən dağıdılmış məscidləri də bərpa etməyi öhdəliyinə götürüb.

Xatırladaq ki, əvvəl də Türkiyə Qəzza zolağında evləri dağıdılmış yerli əhali üçün yeni evlərin tikintisinə 12,5 milyon dollar vəsait ayırmışdı.

Onu da qeyd edək ki, hələ 2014-cü ildə 30%-i uşaq olmaqla, 2300 fələstinli İsrail təcavüzünün qurbanı olmuşdu. İsrail ordusu tərəfindən 30 min yaşayış evi, onlarla məscid, xəstəxana, məktəb və hətta BMT-nin binası da dağıdılmış və viran edilmişdi.

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim Allahın üzünü diləyərək birməscid tiksə, Allah onun üçün Cənnətdə buna bənzər (bir ev) tikər.” (Muslim).

İmam Nəvəvi (Allah ona rəhmət etsin) bu hədisi belə təfsir etmişdir: “Yəni, həmin insanın cənnətdəki evi, öz dəyərinə görə, cənnətdəki başqa evlərin hamısından üstün olacaqdır, necə ki, məscid öz dəyərinə görə, bu dünyadakı evlərin hamısından üstündür.” (“Şərh Muslim”).

Digər xəbərlər