Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə gəmisinə hücum edilib

May 11
15:41 2015

Türkiyə gəmisi Liviya sahillərində hücuma məruz qalıb.

Hücum zamanı bir nəfər Türkiyə vətəndaşı – üçüncü kapitan həyatını itirib.

“Sələf Xəbər”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötən gün axşam saatlarında Türkiyə şirkətinə məxsus “Tuna-1” yük gəmisi İspaniyadan alınan alçipan yükünü sifarişçiyə təhvil vermək üçün Liviyanın Tobruk limanına gedərkən limandan, təxminən 13 mil aralıda top atəşinə məruz qalıb. Oradan uzaqlaşmağa çalışan gəmiyə 2 dəfə havadan hücum edilib.

Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib ki, hadisə nəticəsində bir neçə nəfər yaralanıb və bir nəfər Türkiyə vətəndaşı – üçüncü kapitan həyatını itirib. Eyni zamanda, gəmiyə maddi ziyan dəyib.

Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür”. (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)

Digər xəbərlər