Türkiyə hərbçiləri İŞİD-in 28 silahlısını zərərsizləşdirib
682 dəfə baxılıb
Terrorçuların 58 mövqeyi isə top və raket atəşinə tutularaq məhv edilib.
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalını, Hələb şəhərini top və raketlərdən atəşə tutması nəticəsində İŞİD terror xəvaric qruplaşmasının azı 28 terrorçusu zərərsizləşdirilib.
“Sələf Xəbər” “Report”a istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı açıqlama yayıb.
Məlumata görə, terrorçuların 58 mövqeyi isə top və raket atəşinə tutularaq, məhv edilib.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)