Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə hərbi hava qüvvələri İŞİD-in tunellərini məhv edib

Fevral 13
17:03 2017

Türkiyənin hərbi hava qüvvələri “Fərat qalxanı” əməliyyatı çərçivəsində Əl-Bab şəhərində olan və “İslam dövləti” qruplaşmasının yaraqlılarının fəal şəkildə istifadə etdikləri çoxsaylı tunelləri məhv ediblər.

Selefxeber.az-ın məlumatına görə, Oxu.Az xəbər verir ki, bu barədə Ankaradakı hərbi mənbəyə istinadən “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd edilir ki, 15 il bundan öncə kənd təsərrüfatında Fərat çayından istifadə edərək suvarma məqsədi ilə tikilən tunellər dağıdılıb.

Mənbə əlavə edib ki, bu, Əl-Babda böyük itkilərə məruz qalan terrorçuların manevr sahəsini kiçildib.

Ümumilikdə isə, son 5 ayda Türkiyədə 689 terrorçu məhv edilib

Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkənin təhlükəsizlik qüvvələrinin terror təşkilatlarına, o cümlədən PKK-a qarşı uğurlu mübarizəsindən danışıb.

Selefxeber.az bildirir ki, “Report“un məlumatına görə, bu barədə “Anadolu” agentliyi xəbər verib.

Nazir bildirib ki, Türkiyənin Hərbi Qüvvələri qış mövsümündə PKK-a qarşı 129 əməliyyat keçirib, terrorçuların qərargahlarına və sığınacaqlarına 125 zərbə endirib. “Türkiyənin 22 vilayətində beş ay ərzində terrorçuların 661 sığınacağı məhv edilib” – deyə S.Soylu qeyd edib.

Bununla yanaşı, antiterror əməliyyatları çərçivəsində terrorçulara kömək etməkdə şübhəli bilinən 8477 nəfər saxlanılıb. Onlardan 2603 nəfər həbs edilib.

Terrorçulara maliyyə dəstəyi verən 79 bələdiyyənin rəhbərliyi dəyişdirilib. “Son 5 ay ərzində 49 “nüfuzlu” terrorçu həbs olunub, 689 terrorçu məhv edilib və 126 terror aktının qarşısı alınıb” – deyə nazir vurğulayıb.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”

Digər xəbərlər