Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə hərbi təyyarələri İŞİD-in hədəflərini bombaladı – VİDEO

İyul 24
15:20 2015

“Şəhid Yalçın” adı verilən əməliyyat zamanı İŞİD xəvaric terror qruplaşmasının 2 qərargahı və 1 toplanış məntəqəsi vurulub.

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr İŞİD xəvaric terror qruplaşmasının Suriya ərazisindəki mövqelərini bombardman edib.

“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, iyulun 23-də Türkiyə-Suriya sərhədində, Kilis vilayəti ərazisində İŞİD xəvaric terror qruplaşmasının atəşi nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 1 hərbi qulluqçusunun həlak olması və 2 əsgərin yaralanmasından sonra Türkiyə terror qruplaşmasına qarşı əks zərbələr endirməyə qərar verib.

İyulun 24-də yerli vaxtla saat 03.12-də Diyarbəkirdəki hərbi aerodromdan havaya qalxan 3 ədəd “F-16” təyyarəsi saat 03.40 – 03.53 arasında Suriyada İŞİD xəvaric terror qruplaşmasına aid 3 hədəfi bombalayıb. Əməliyyatla bağlı Türkiyə hökuməti rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, hərbi təyyarələr tərəfindən Suriya ərazisində daha əvvəl müəyyənləşdirilmiş hədəflərə – İŞİD xəvaric terror qruplaşmasının 2 qərargahı və 1 toplanış məntəqəsinə lazer tuşlayıcısı olan 4 raket atılıb. Təyyarələr daha sonra bazaya qayıdıb. “Türkiyə Cümhuriyyəti dövləti öz milli təhlükəsizliyini qorumaq üçün lazımi tədbirləri görməkdə qərarlıdır. Hökumət və müvafiq qurumlar ictimaiyyəti ardıcıl olaraq məlumatlandırmağa davam edəcək”, – deyə hökumətin açıqlamasında qeyd olunub.

İŞİD xəvaric terror qruplaşmasının hücumu nəticəsində həlak olan əsgər Yalçın Nanənin şərəfinə “Şəhid Yalçın” adı verilən əməliyyat terror qruplaşmasının Türkiyə sərhədi yaxınlığında qüvvə cəmləşdirməyə başladığı barədə məlumat əldə edildikdən sonra başlayıb. Təyyarələr bombardman zamanı Suriya hava məkanına keçməyib və İŞİD xəvaric terror qruplaşmasının hədəfləri Türkiyə ərazisindən vurulub. Əməliyyat barədə İŞİD xəvaric terror qruplaşmasına qarşı qurulan beynəlxalq koalisiyadakı müttəfiq dövlətlərə məlumat verilib.

🎬

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD xəvaric terror qruplaşmasıdır. Onları İŞİD xəvaric terror qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD xəvaric terror qruplaşmasının İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər