Türkiyə hökumət rəsmisi: “İŞİD bizim üçün bir terror təşkilatıdır”!
1. 040 dəfə baxılıb
Anadolu xəbər agentliyinin yaydığı məlumata görə, Türkiyə baş nazirinin müavini Bəşir Atalay Türkiyə Milli Məclisində türk millət vəkillərinin suallarını cavablandırarkən bunları deyib: “İŞİD bizim üçün bir terror təşkilatıdır. Bizim onlara və ya onların bizə yardım etməsi söhbət gedə bilməz!”
Xatırladaq ki, Bəşir Atalay baş nazirin müavini olmaqla yanaşı, eyni zamanda Türkiyə terrorla mübarizə üzrə ali qurumunun rəhbəridir.
Sələf Xəbər: Uca Allah Quranda buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin.” (Müqəddəs Quran, “Əraf” surəsi, 56-cı ayə).
Orta əsrlərin böyük islam alimi, məşhur Quran təfsirçisi imam ibn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin şərhində demişdir: “Uca Allah yer üzündə fitnə-fəsad yaymağı qadağan edir, bu fəsad yer üzü islah olunduqdan sonra bundan daha böyük zərər verəcəkdir, və əgər ilk əvvəl işlər düzgün nizamda gedirdisə, bundan sonra isə fəsad yayıldısa, bu Allahın qullarına ən böyük ziyan verəcəkdir, və məhz buna görə Uca Allah bunu qadağan etmişdir.”
Beləliklə bu gənc ekstremist-xəvariclər güman edirlər ki, fəsad törədərək, onlar bununla sanki yer üzündə nizam qururlar. Belə ki, Uca Allah belə cinayətkarları Quranda belə yada salır: “Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 11-ci ayə).
Uca Allahdan bütövlükdə müsəlman ümmətini, və, xüsusilə, bizim ölkəmizi, bütün ekstremistlərin şərindən qorumasını istəyirik. Amin!