Türkiyə ilk Halal Kruiz səyahəti təşkil edir
733 dəfə baxılıb
Türkiyədə tarixdə ilk olaraq müsəlmanlar üçün gəmi ilə halal kruiz səfəri təşkil ediləcək.
“Sələf Xəbər”in Türkiyə mediasına istinadən məlumatına görə, “Osmanlının izində” adlı gəmi səyahəti “Fusion Tur” turizm agentliyi tərəfindən təşkil olunub.
İzmirdən 27 sentyabrda yola duşən gəmi ilə turistlər Egey dənizi boyunca səyahət edərək Krit, Rodos adaları və Pirey portunu görmüş olacaqlar.
4 ulduzlu “Aegean Paradisee” adlı gəmidə məscid, qadınlar üçün ayrıca hovuz, idman zalı, eləcə də halal qidalardan təşkil olunmuş menyu olacaq. Laynerdə İslam şəriətinə zidd olan donuz əti, qumar oyunları və spirtli içkilər olmayacaq.
Səyahət zamanı gəmidə mədəni, tarixi və dini söhbətlərin də təşkil olunacağı bildirilib.
Sələf Xəbər: Uca Allah buyurur: “Onun dəlillərinin bəzisini sizə göstərməkdən ötrü dənizdə gəmilərin Allahın neməti sayəsində üzdüyünü görmürsünüzmü? Şübhəsiz ki, bunlar səbrli olanlar və şükür edənlər üçün bir ibrətdir. (Dağların saldığı) kölgələr kimi dalğalar onları çulğadığı zaman onlar dini məhz Allaha məxsus edərək Ona yalvararlar. (Allah) onları xilas edib quruya çıxartdıqda isə aralarından bəziləri (küfrlə iman arasında) orta yol tutar”. (Qurani-Kərim, “Loğman” surəsi, 31, 32-ci ayələr)
“Allah təkbaşına, hər hansı bir şəriki olmadan dənizləri və okeanları insanların mənafeyinə xidmət göstərməyə və onlara hər növ fayda verməyə sövq etdi. Bunun sayəsində insanlar dənizdə balıq tutur və onlardan qiymətli əşyalar əldə edirlər. Gəmilər isə hayqıran və qorxunc dənizlərin səthini yararaq ötüb gedir, səyyahları, onların ərzağını, yüklərini və ticarət yüklərini bir ölkədən başqasına daşıyırlar. İnsanlar bu vasitə ilə dolanacaqları üçün qazanc əldə etməyə və Allahın mərhəmətinə nail olmağa cəhd göstərirlər. Allah onlara bunu etməyə icazə vermiş və onların qarşılarına qoyduqları məqsədə çatmağı asanlaşdırmışdır ki, insanlar göstərdiyi mərhəmətinə görə Ona şükür və həmd etsinlər. Uca Allah həqiqətən minnətdarlığa, həmdə və tərifə layiqdir, çünki O, Öz qullarına onların istədiyindən və ya arzu edə biləcəklərindən daha çox nemətlər nazil etmişdir. O, onları arzu etdiklərindən daha çox şeylə təmin etmişdir. Biz Ona həmd edirik, lakin bunu layiqincə edə bilmirik, çünki təkcə Allah Özü Özünü Onun layiq olduğu kimi tərifləyə bilər”. (Bax: “Təfsir Əs-Saadi”)