Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

“Türkiyə “İncirlik” bazasını ABŞ qırıcıları üçün açır”

İyul 24
17:03 2015

Bu barədə məlumatı “The Wall Street Journal” qəzeti Pentaqondaki mənbələrə istinadən yayıb.

ABŞ-a məxsus qırıcı təyyarələr Türkiyənin cənub-şərqində yerləşən “İncirlik” hərbi bazasından İŞİD xəvaric terror qruplaşması ilə mübarizə üçün istifadə edə biləcək.

“Sələf Xəbər” “Report”-a istinadən xəbər verir ki, bu barədə məlumatı “The Wall Street Journal” qəzeti Pentaqondakı mənbələrə istinadən yayıb.

Rəsmi olaraq təstiqlənməmiş məlumata əsasən, Vaşinqtonla Ankara arasında bir neçə ay davam edən danışıqlar prosesinin yekununda Türkiyə rəhbərliyi “İncirlik” bazasını İŞİD xəvaric terror qruplaşmasına qarşı istifadə etməyə icazə verib.

İddiaya görə, hərbi bazanın İŞİD xəvaric terror qruplaşmasına qarşı istifadəsinə dair son qərar ötən gün Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Barak Obama arasında baş tutan telefon danışığı zamanı əldə olunub.

Sələf Xəbər: Uca Allahdan müsəlmanlara kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!

Digər xəbərlər