Türkiyə İŞİD-ə qarşı “bufer zonası” yarada bilər
837 dəfə baxılıb
“Sələf Xəbər” BBC Azərbaycanca-ya istinadən bildirir ki, Türkiyə, “İslam Dövləti” (İD) terror xəvaric qruplaşmasının təhlükəsinə qarşı İraq və Suriya ilə sərhədində bufer zonası yaratmağı planlaşdırır. Bu barədə ölkənin prezidenti Recep Tayyip Erdoğan bəyan edib.
Prezident, türk mediasına ordunun hazırda işlədiyi plan haqqında qərar verəcəyini bildirib.
Cənab Erdoğan bufer zonasının yerləşməsi və fəaliyyət qaydası barədə ətraflı məlumat verməyib.
İŞİD terror xəvaric qruplaşması İraq və Suriyanın böyük hissələrini zəbt edib. Ehtimal olunur ki, İD-nin 30 000-dək döyüşçüsü var.
Artıq 30 ölkə vəd edib ki, İD döyüşçülərinə qarşı mübarizə aparmaq üçün “bütün lazımi tədbirlər” görüləcək.
Türkiyə, yalnız humanitar və maddi-texniki əməliyyatlar üçün ərazisindəki NATO hava bazasından istifadə etməyə icazə verəcəyini vurğulayıb.
İŞİD 49 Türkiyə vətəndaşını girov saxlayır, buna görə də ölkə cihadçı qrupa qarşı qəti addımlar atmağa meylli deyil.
Eyni zamanda Türkiyədə ən azı 840 000 suriyalı mühacir var.
Sələf Xəbər: Şeyx Səd əl Humeyd (Allah onu qorusun) buyurmuşdur: “İŞİD qruplaşması təkfir etməyi və qan tökməyi cəm edib halal görür. Onlar elə bir şəhər yoxdur ki, ora daxil olub fəsad törətməsinlər.”