Türkiyə İŞİD-ə qoşulmaq istəyən 12 misirlini həbs edib
609 dəfə baxılıb
Türkiyə polisi Adana şəhərində Suriya ilə sərhədi keçməyi planlaşdıran 12 Misir vətəndaşını həbs edib.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, misirli şəxslər Suriyaya keçərək İŞİD terror xəvaric qruplaşmasına qoşulmağı planlaşdırırmış.
Verilən məlumata görə, saxlanılanlar yaxın qohumlardır. Onların arasında üç azyaşlı uşaq da var.
Hazırda Misir vətəndaşlarının vətəninə ekstradisiyası haqda danışıqlar aparır.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)
Həmçinin Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Öldürülmüşlərin ən xeyirliləri onların öldürdükləridir. Eləcədə, göy qübbəsi altında öldürülənlərin ən şərliləri də məhz onlardır!” (Tirmizi)