Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə İŞİD-i atəşə tutdu

Mart 05
17:31 2016

Artilleriya zərbələri “Fırtına” qaubitsalarından endirilib.

Türkiyə Silahlı Qüvvələri Cümə günü Suriyanın Hələb şəhərinin şimalında İŞİD terror xəvaric qruplaşmasının mövqelərinə zərbə endirib.

“Sələf Xəbər” “Report”a istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, zərbələr Türkiyənin Suriya ilə sərhəd zonalarında yerləşdirilmiş “Fırtına” qaubitsalarından endirilib.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)

Digər xəbərlər