Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə İsrailə sərt xəbərdarlıq etdi

Sentyabr 14
15:52 2015

Türkiyə Xarici İşlər nazirliyi İsrail hərbçilərinin Qüdsdə “Hərəmi Şərifə” girərək içəridəki müsəlmanlara qarşı zorakılıq tətbiq etməsinə görə, Tel-Əvivə sərt xəbərdarlıq edib.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, Türkiyə XİN-dən yayılan açıqlamada İsrail əsgərlərinin sentyabrın 13-də səhər saatlarından etibarən “Hərəmi Şərifə” girərək içəridəki müsəlmanlara güc tətbiq etməsinin pisləndiyi bildirilir.

“İsrailin işğal altında saxlamağa davam etdiyi Şərqi Qüdsdə ibadət azadlığını təmin etmək öhdəliyini yerinə yetirməsi, “Hərəmi Şərif”in statusunu hədəf alan və ibadət azadlığının açıq bir şəkildə pozuntusu olan bu qanunsuzluqlara dərhal son verilməsini tələb edirik”, – deyə bəyanatda bildirilir.

Sələf Xəbər: Uca Allah buyurur: “Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidul-Həramdan ətrafına xeyir-bərəkət verdiyimiz Məscidul-Əqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir”. (Qurani-Kərim, “İsra” surəsi, 1-ci ayə)

“Uca Allah Onun böyük möcüzələri və əzəmətli lütfü şəklində təzahür edən kamilliyini və əzəmətini vurğulayır. Belə möcüzələrdən biri Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) gecə vaxtı dünyanın ən şərəfli məscidi olan Məkkədəki Məscidul-Həram (Hörmətli məscid – tərc.) məscidindən, dünyanın möhtərəm məscidlərindən və peyğəmbərlərin sığınacağı olan Yerusəlimdəki əl-Əqsa məscidinə səyahətidir. Bir gecə ərzində Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) çox böyük bir məsafə qət etmiş və elə həmin gecə geri qayıtmışdır. Allah onun doğru yola bağlılığını, onun elmini artırmış və ona səbatlıq və haqqı batildən ayırmaq qabiliyyəti öyrətmiş möcüzələr göstərmişdir. Bu torpağın üstünlüklərindən biri isə, Məscidul-Həramdan və Mədinədəki Peyğəmbər məscidindən başqa dünyadakı bütün məscidlərdən üstün olan əl-Əqsa məscidinin özüdür. Allah möminlərə bu məscidi ziyarət etmək və orada namaz qılmaq məqsədilə səyahətə getməyi buyurub. Allah, həmçinin bu torpağı Öz şərəfli peyğəmbərləri, seçilmiş qullarının məskəni olaraq seçmişdir”. (Bax: “Təfsir Əs-Saadi”)
Uca Allahdan bütün dünyadakı müsəlmanların vəziyyətini yaxşılaşdırmasını diləyirik. Amin!

Digər xəbərlər