Türkiyə Krım tatarlarına hərbi yardım edəcək
Dekabr 26
17:02
2015
626 dəfə baxılıb
Türkiyə Müdafiə Nazirliyi Ukraynanın yaradacağı yeni könüllü batalyonlara hərbi yardım etməyə başlayıb.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında məşhur biznesmen Lenur İslamov söyləyib. Onun sözlərinə görə, Noman Çələbicixan adlanacaq batalyonun tərkibinə Krım tatarlarının nümayəndələri daxil ediləcək:
“Bu batalyonlara maliyyə əsasən könüllülərdən daxil olur. Ankara bu batalyonların sadəcə təchizatını həyata keçirir. Yaxın günlərdə batalyonlar üçün paltar və ayaqqabılar göndəriləcək. Yeni hərbi bölmənin tərkibinə 560 adam daxil olacaq”.
Qeyd edək ki, Lenur İslamov Krımın blokadasının əsas təşkilatçılarından biridir.
Sələf Xəbər: Uca Allahdan bütün dünyadakı müsəlmanların vəziyyətini yaxşılaşdırmasını diləyirik! Amin!