Türkiyə məktəblərində hicab qadağası ləğv edildi
1. 058 dəfə baxılıb
“Sələf Xəbər” ITARTASS-a istinadən xəbər verir ki, Türkiyədə dindar məktəbli qızlar dərslərə hicabda gedə biləcək.
Yerli mətbuatın bildirdiyinə görə, bu barədə qərar bu həftə hökumət iclasında qəbul olunub və yalnız orta məktəblərə aiddir. Baş nazirin müavini Bülent Arıncın qərarın yaxın günlərdə qüvvəyə minəcəyini bildirib.
Türkiyənin təhsil haqqında qanununda müəllim və tələbələrin xarici görünüşünə olan əsas tələblərdən biri onların dərsə “başıaçıq” gəlmələrini nəzərdə tutur. Türkiyə Cümhuriyyətinin banisi olan Mustafa Kamal Atatürkün prinsipial mövqeyini əks etdirən bu tərif qanunun mətnindən çıxarılıb.
Türkiyə ictimaiyyətinin bir hissəsi qərarı dövlətin islamlaşdırılmasına cəhd kimi görürlər. Hakimiyyət isə bununla dindar vətəndaşların on illiklər boyunca məhdudlaşdırılmış hüquqlarını qorumuş olduğunu bildirir.
Xatırladaq ki, daha öncə şagird və tələbə qızların hicab taxmasına görə təhsil ocaqlarından xaric edilməsi onlarla səs-küylü qalmaqal yaratmışdı.
Sələf Xəbər: İslam qaydalarına əsasən, hicab müsəlman qadınları üçün mütləq geyimdir.
Uca Allah buyurur: “Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər…” (Müqəddəs Quran, “Əhzab” surəsi, 59).
Uca Allah həmçinin buyurur: “Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar…” (Müqəddəs Quran, “Nur” surəsi, 31).
“Görünənlər istisna olmaqla” – yəni üz və biləklərə qədər əllər.
Uca Allahdan bütün dünyadakı müsəlmanların vəziyyətini yaxşılaşdırmasını diləyirik! Amin!