Türkiyə müsəlmanları Әl-Әqsadan çıxaran İsraili qınayıb
1. 832 dəfə baxılıb
“Sələf Xəbər” TRT Azərbaycan-a istinadən xəbər verir ki, Türkiyə Xarici İşlǝr Nazirliyi, İsraili, müsəlmanların Әl-Әqsa Məscidinə girməsinə manǝ olmasını qınayıb.
Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında bildirilib ki, “İsrail tǝhlükǝsizlik qüvvǝlǝrinin, müsəlmanların, Әl-Әqsa Məscidinə girməsinə icazə vermǝmǝsi, ibadǝt üçün Mǝsciddǝ olanları tǝzyiqlǝ çıxarmasını vǝ çoxlu sayda fǝlǝstinlinin yaralanmasına sǝbǝb olmasını sǝrt şəkildə tǝnqid edirik.
İsrailin, bütün İslam alǝmi üçün özǝl bir mövqeyǝ sahib olan Hǝrǝm-i Şǝrif barǝdǝ qǝbul etdiyi qǝrarların, bölgǝdǝ hakim olan gǝrginliyi daha da dǝrinlǝşdirǝcǝyindǝn narahatlıq duyulur.” Nazirlik, İsrailǝ Müsǝlmanların ibadǝt azadlıqlarına mane olan siyasǝtinǝ son qoyması üçün çağırış da edib.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.” (Qurani Kərim, “Bəqərə” surəsi, 114-cü ayə).
“Ən zalım insanlar və ən qəddar cinayətkarlar – məscidlərdə Allahı zikr etməyə mane olanlar və namaz qılmağa və ibadətin digər mərasimlərini keçirməyə imkan verməyənlər, məscidləri maddi və mənəvi cəhətdən dağıtmağa can atanlardır. Məscidlərin maddi cəhətdən dağıdılması dedikdə, onların binalarının sökülməsi, onlara vurulan ziyan və onların natəmizliklərlə murdarlanması nəzərdə tutulur. Mənəvi cəhətdən dağıdılma altında isə, namaz qılanlara məscidlərdə Allahın adının zikr edilməsinə imkan verilməməkdir.” (Bax “Təfsir Əs-Saadi”).