Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə: “Nə zaman, hansı mövzuda bizə ehtiyacı olarsa, Azərbaycanın yanındayıq”

Aprel 04
17:20 2016

“Qarabağ münaqişəsinin dərhal həlli tələb olunur. Azərbaycanın sərhədləri, ərazi bütövlüyü çərçivəsində həlli. Azərbaycanın 7 rayonu Ermənistanın işğalı altındadır. Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası və digər beynəlxaql qurumların qərararları olsa da, heç kim səsini çıxarmır”.

“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

Qarabağın da işğal altında olduğunu qeyd edən Çavuşoğlu bunları deyib:

“Minsk üçlüyü nə işə yarayır? Bu gün Rusiya, ABŞ və Fransa bu məsələni həll etmək istəsə, bir həftəyə münaqişə həllini tapar. Münaqişəni həll etmədikləri üçün belə hadisələr baş verir. Biz heç bir zaman qarşıdurmaya can atmadıq, problemin dinc yolla həllini istəyirik. Əlbəttə, hər zaman qardaş Azərbaycanın yanındayıq. Nə zaman, hansı mövzuda bizə ehtiyacı olarsa, Azərbaycanın yanındayıq.

Azərbaycanın münaqişəni dinc yolla həll etmək istədiyini bildirən Çavuşoğlu aşağıdakıları söyləyib:

“Təmas xəttində Ermənistan tərəfindən təcavüz var. Və Azərbaycan da əlbəttə ki, qarşılıq verməli olur. Lakin bu Azərbaycanın seçimi deyil, Azərbaycan işğal olunmuş torpaqlarını dərhal geri almaq istəyir, lakin bunu dinc yolla etmək niyyətindədir. Ümid edirəm ki, bir daha belə bir qarşıdurma baş verməz və münaqişə tez bir zamanda həllini tapar”, – deyə Çavuşoğlu bildirib.

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah-Təala Qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah-Təala da onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar”. (Müslim 4/ 2074/ № 2699)

Digər xəbərlər