Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə nümayəndə heyəti Ərakan qaçqınlarına baş çəkdi

Sentyabr 07
17:42 2017

Selefxeber.az-ın “Eurasiadiary.com”a istinadən məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan türk nümayəndə heyəti ilə birlikdə Banqladeşdə arakanlı müsəlmanların yaşadığı qaçqın düşərgəsini ziyarət edib.

Əminə Ərdoğanı səfərdə oğlu Bilal Ərdoğan, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Ailə və Sosial Siyasət naziri Fatma Betül Sayan Qaya və İstanbul millət vəkili Ravza Kavancı Kan müşayiət edib.

Əminə Ərdoğan və türk nümayəndə heyəti arakanlılar üçün təşkil olunacaq humanitar yardım proqramı üçün ilkin hazırlıqları tamamlayıb.

Qeyd edək ki, Myanma hakimiyyətinin qətliamlarından yaxa qurtarmağa çalışan bir çox müsəlman qonşu ölkə Banqladeşə üz tutub.

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah Təala qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah Təala də onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar.” (Muslim rəvayət etmişdir: 4\ 2074\ № 2699)

Digər xəbərlər