Türkiyə ordusu 32 İŞİD terrorçusunu məhv edib
684 dəfə baxılıb
Türkiyə ordusu İŞİD terror xəvaric qruplaşmasını cavab zərbəsilə darmadağın edib.
İŞİD terror xəvaric qruplaşması Türkiyə Silahlı Qüvvələrinin Mosuldakı Başika bölgəsində yerləşən Gedu hərbi bazasına hücum edib.
“Sələf Xəbər” Aznews.az-a istinadən bildirir ki, buna cavab olaraq Türkiyə SQ tanklarla İŞİD terror xəvaric qruplaşmasının mövqelərini atəşə tutub. Nəticədə 32 terrorçu məhv edilib.
Bundan başqa, terrorçuların 5 maşını və 3 motosikleti hərəkətdə olarkən zərərsizləşdirilib.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)