Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə Ordusu Dağlıcada xain PKK-çıları məhv etdi

Sentyabr 08
16:08 2015

Dünən Türkiyənin Hakkari vilayətinin Dağlıca bölgəsində türk əsgərlərinə pusqu quraraq hücum edən PKK-ya sarsıdıcı zərbə vurulub.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinə məxsus iki hərbi maşını uzaqdan idarəolunan bombalarla partladan PKK-çılar böyük itkilərə məruz qalıblar.

Türkiyə ordusuna məxsus hərbi təyyarələrinin və quru qoşunlarının Dağlıcadakı əməliyyatları nəticəsində çoxlu sayda terrorçu məhv edilib.

Qeyd edək ki, PKK-nın xain pusqusu nəticəsində 16 türk əsgəri həyatını itirmişdi.

Sələf Xəbər: Uca Allahdan qardaş Türkiyəyə kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!

Digər xəbərlər