Türkiyə ordusu İD-lə mübarizəyə qoşula bilər
793 dəfə baxılıb
“Sələf Xəbər” RosBiznesKonsaltinq xəbər portalına istinadən xəbər verir, beynəlxalq birlik qaçqınları sığınacaqla təmin etməyə razılıq verdiyi halda, Türkiyə ordusu İraq və Suriya ərazisindəki “İslam dövləti” (İD) terror xəvaric qruplaşmasının döyüşçüləri ilə mübarizəyə qoşula bilər.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Bu günə qədər Türkiyə radikallarla mübarizə üzrə koalisiyada iştirak etmirdi, lakin türkiyəli məmurlar Ərdoğanın türk qoşunlarının İD-ə qarşı əməliyyatlarda iştirakı barədə danışıqlar apardığını bildirmişdi.
“Türkiyənin hərbi iştirakı ilə bağlı mövqeyinin olmaması fikri yalnışdır.”, Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclaslarından qayıdarkən bildirib. Onun sözlərinə görə, hal-hazırda havadan zərbələrin və quruda əməliyyatların hansı yolla keçirilməsi, həmçinin Türkiyənin bu əməliyyatlarda iştirakı barədə məşvərətlər aparılır.
Qeyd edək ki, “İslam dövləti” – 2006-cı ildə təsis edilmiş və öz məqsədinin Suriya, Liviya və İraq ərazisində dövlət qurmaq olduğunu bəyan etmiş terror xəvaric təşkilatıdır. Təşkilatın özəyi “Əl-Qaidənin” yerli qolu olan təşkilatın ətrafında birləşmiş 10-dan çox radikal islamçı qruplaşmadan ibarətdir.
2013-cü ildə İD döyüşçülərindən ibarət qruplaşma Suriyada hökumət əleyhinə qüvvələrin tərəfində mübarizəyə qoşuldu. 2014-cü ilin yayında İD-in silahlı qoşunları İraqa irimiqyaslı hücum təşkil etdikdən sonra qısa müddət ərzində islamçılar Tikrit, Mosul şəhərlərini nəzarət altına aldılar və Bağdada xeyli yaxınlaşdılar. Terror qruplaşmasının döyüşçüləri Qafqazda müharibə başlatmaq barədə təhdidlər dilə gətirir, xüsusilə Çeçenistanı “azad” etməyi vəd edirdilər.
Sentyabr ayının 23-ü Pentaqonun mətbuat katibi Con Kirbi ABŞ-ın “İslam dövləti”-nin Suriyadakı mövqelərinə havadan zərbələr endirməyə başladığını bəyan edib. O, Suriyada 20 mövqenin hədəfə alındığını, zərbələri endirmək üçün “Tomahavk” raketlərindən istifadə olunduğunu qeyd edib. Zərbələrin endirilməsində ABŞ-a “ərəb yoldaşları” kömək edir.
Onlar arasında – Səudiyyə Ərəbistanı, BƏƏ, İordaniya və Bəhreyn də var. 26 sentyabr tarixində Böyük Britaniya və Belçika parlamentləri də koalisiyada iştiraklarını təsdiqləyiblər. Daha sonra koalisiyaya Danimarka da qoşulub.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir. Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”