Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə ordusu iki gündə 12 şəhid verdi

Fevral 11
17:25 2016

Türkiyə Silahlı Qüvvələri iki gündə 12 şəhid verib.

Türkiyənin Diyarbəkir vilayətində PKK terrorçularına qarşı keçirilən əməliyyat zamanı daha üç hərbçi şəhid olub.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, hadisə fevralın 10-da fövqəladə vəziyyətin davam etdiyi Sur rayonunda qeydə alınıb. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından bildirilib ki, terrorçularla atışmada yaralanan üç hərbçi xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, srağagün keçirilən əməliyyat zamanı isə Türkiyə Silahlı Qüvvələri 9 hərbçisini itirib.

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) ölənin qohumlarına aşağıdakı sözlərlə başsağlığı verərdi: “Həqiqətən də, Allah nə götürürsə, Onundur. Nə verirsə, o da Onundur. Onun dərgahında hər şeyin bir əcəli vardır. İndi isə səbr et və Allahdan savab um!” (Buxari)

Digər xəbərlər