Türkiyə ordusu İŞİD-i topa tutdu
869 dəfə baxılıb
“Sələf Xəbər”-in ANS PRESS-ə istinadən məlumatına görə, Türkiyə Silahlı Qüvvələri “İraq Şam İslam Dövləti” (İŞİD) terror xəvaric qruplaşmasına məxsus iki hərbi maşını topla vurub.
Bu barədə məlumatı Türkiyənin “Milliyet” qəzeti hərbi mənbələrə istinadən yayıb.
Bildirilir ki, Suriya ərazisində Türkiyə torpaqlarına düşən top mərmilərinin atıldığı yeri müəyyən etmək üçün sərhədə AN-TPQ-26 radar sistemi yerləşdirilib. Bu sistem vasitəsilə top mərmilərinin atıldığı yer təyin edilir və həmin nöqtə Türkiyə SQ-yə məxsus “Fırtına” adlı toplar ilə darmadağın edilir.
Son məlumatlara görə, Suriya ərazisindən İŞİD terror xəvaric qruplaşmasına aid iki hərbi maşından Türkiyə tərəfinin atəşə tutulduğu müəyyən edilib. Həmin maşınlar toplar vasitəsilə məhv edilib.
Hərbi mənbələrdən qəzetə bildiriblər ki, İŞİD terror xəvaric qruplaşmasıməqsədli şəkildə Türkiyə ərazisinə top mərmiləri atır. Lakin Türkiyə hərbçiləri bunun cavabını lazımi şəkildə verir.
Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə, və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir!9-cu əsrin görkəmli alimi Muslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Muslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur islam alimi Zeyd əl-Mədxali (Allah onu qorusun) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir” (“əl-İrhab” 24).