Türkiyə ordusu Suriya ərazisində 18 İŞİD terrorçusunu zərərsizləşdirilib
1. 106 dəfə baxılıb
Türkiyə ordusunun Suriyaərazisində İŞİD başqa olmaqla digər terror təşkilatlarına qarşı keçirdiyi əməliyyatlar çərçivəsində 18 İŞİD üzvü zərərsizləşdirilib.
Selefxeber.az xəbərinə görə, APA bildirir ki, bununla bağlı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Suriyanın şimalında havadan və qurudan endirilən zərbələr nəticəsində 18 İŞİD üzvünün məhv edildiyi, 37 terrorçu yaralandığı açıqlanıb.
Bu, avqustun 24-dən başlanan və hələ də davam edən “Fırat Kalkanı” əməliyyatı çərçivəsində baş tutub.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”