Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə ordusu Suriyaya girib

İyul 24
15:31 2015

Türkiyə xüsusi təyinatlıları Çobanbeyli ərazisindən Suriyaya girib.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, bölgəyə gətirilmiş artileriya Raidəki İŞİD xəvaric terror qruplaşması mövqelərini atəşə tutub.

Məlumatlara görə, İŞİD xəvaric terror qruplaşması Türkiyə sərhədindəki əraziləri boşaldaraq Suriyanın içərilərinə çəkilir. Türkiyə mətbuatının yazdığına görə, İŞİD xəvaric terror qruplaşması snayperləri bölgədəki türk əsgərlərinin hədəflərinə atəş açırmış. Xəbərə görə, açılan atəş nəticəsində bir türk zabiti həyatını itirib, 2 nəfər əsgər isə yaralanıb.

Kilis valisi Süleyman Tapsız mətbuata verdiyi açıqlamada türk əsgərlərinə Suriya tərəfindən atəş açıldığını bildirib.

Təhlükəsizlik qüvvələrinin İŞİD xəvaric terror qruplaşması nəzarətindəki rayondan açılan atəşə anında qarşılıq verdiyini vurğulayan Tapsız bir türk zabitinin açılan atəş nəticəsində öldürüldüyünü bildirib.

“İlk atəş nəticəsində bir şəhid oldu, 2 mütəxəssis çavuşumuz isə yaralanıb. Əllərindən yaralanan əsgərlərimiz Kilis Dövlət Xəstəxanasına qaldırılıb. Sağlamlıq vəziyyətləri yaxşıdır”.

Türkiyə mətbuatının verdiyi məlumata görə, Bordo Beretlərdən ibarət 60 nəfərlik iki türk taboru atəş açıldığı Suriya kəndinə girib. Bordo Beretlər İŞİD xəvaric terror qruplaşması nəzarətindəki Ayyaşe kəndini ələ keçirib.

İxlas Xəbər Agentliyinin yaydığı məlumata görə isə İŞİD xəvaric terror qruplaşması türk əsgərinə atəşinə mərmi topları, tank topları və avtomatlarla qarşılıq verilib. Türk Silahlı Qüvvələri tərəfindən desant qoşunları ilə zirehli maşınlar, sərhəd xəttinə gətirilib. Qarşıdurmalar davam edərkən, yerli mənbələrdən alınan məlumata görə, 100-dən çox İŞİD xəvaric terror qruplaşması üzvlərinin öldürüldüyü bildirilir.

🎬

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”. (Müslim)

Digər xəbərlər