Türkiyə ordusunda 36 ilin mühakiməsi başlayır
711 dəfə baxılıb
Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akarın yavəri Ləvənd Türkqanın “1989-cu ildə suallar imtahandan bir gün əvvəl Gülən camaatına paylanılmışdı” etirafından sonra Türkiyə ordusunda tarixi dövr başlayıb.
Selefxeber.az-ın Axar.az-a istinadən məlumatına görə, prokurorluq hərbi çevrilişə cəhddə əsas fiqurlardan olan Türkqanın “Gülən camaatı ilə orta məktəbdə oxuyarkən tanış olmuşam. 1989-cu ildə imtahana hazırlaşırdım. Sualları imtahandan əvvəl, gecə yarısı gətirib bizə verdilər. Düzgün cavablar işarələnmişdi” ifadəsindən sonra Türkiyə Silahlı Qüvvələrinin son 36 ili ilə bağlı məhkəmə prosesinin başlanmasına qərar verib.
Bununla da 1980-2016-cı illər arasında Türkiyədə keçirilən bütün hərbi imtahanlar araşdırılacaq.
Sələf Xəbər: Uca Allahdan müsəlmanların bütün xeyirli işlərində müvəffəqiyyət diləyirik.