Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə ordusunun “S-400”ü “kor edən” texnikası – FOTO

Fevral 23
20:50 2016

Ordu sıralarına yeni texnika daxil edilib.

Türkiyənin “Aselsan” dövlət korporasiyasının istehsalı olan yeni KORAL (Radar Electronic Attack System) hava hücumundan müdafiə sistemi Türkiyə Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib.

“Sələf Xəbər”in Oxu.Az-a istinadən verdiyi məlumata görə, tam adı KORAL Mobil Elektronik Hərb Sistemi olan bu texnika raket, təyyarə və radar sistemlərini yararsız vəziyyətə gətirə bilir.

KORAL hərəkətli yerüstü radioelektron mübarizə vasitəsi Türkiyənin arsenalında yeni REM vasitəsidir.

Türkiyəli mütəxəssislər iddia edirlər ki, bu radioelektron mübarizənin belə vasitələri S-400 radar sistemlərinin siqnallarının qarşısını alaraq onları “kor edə bilər”.

Sistem böyük tezlik diapazonunda hədəflərin çoxsaylı siqnallarını təhlil edir və avtomatik olaraq yüksək tezlikli rəqəmsal yaddaşı sayəsində cavab addımlarının alqoritmini formalaşdırır.

Bu yeni sistem düşmənin ətraf şəraitdən məlumatı olmasının mümkünlüyünü azaldır, ona görə də rusları istiqamətdən azdırmağa, hərbi vəziyyət barədə məlumatın gizlədilməsinə və onların Türkiyə ordusu üçün təhlükə yarada biləcək silah sistemlərini kor etmə qabiliyyətinə malikdir.

📷

turkish - 2

turkish - 3

turkish - 5

turkish - 6

turkish - 7

Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)

Digər xəbərlər