Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə PKK-nı bombalayıb

Mart 15
18:25 2016

Ankarada törədilən partlayışla əlaqəsi olan terrorçuların kimliyi müəyyənləşdirildikdən sonra Türkiyə Hərbi-Hava Qüvvələri PKK-nın İraqın şimalındakı mövqelərinə hava zərbələri endirib.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu bildirib.

Bundan əvvəl Davudoğlu PKK-nın Ankarada törədilən terror aktı ilə əlaqəli olmasını təsdiqləyən tutarlı faktların müəyyən edildiyini bildirib.

O, həmçinin bildirib ki, hazırda terror aktı ilə əlaqədar 11 nəfər saxlanılıb.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər