Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə prezidenti: “İŞİD Türkiyədə 10 dəfə terror aktı törədib”

Yanvar 16
18:04 2016

“Türkiyə terrora əsla imkan verməyəcək”.

“Sələf Xəbər” “Report”a istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Sultanəhməd məscidindəki Cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib.

Türkiyə prezidenti namazdan sonra yanvarın 12-də Sultanəhməd meydanında terror aktı törədilən yeri ziyarət edib.

R.T.Ərdoğan ölkədə həyata keçirilən antiterror əməliyyatlarına da toxunub: “Sərhədyanı bölgələrimizdə hadisələrin inkişafına qətiyyən icazə verməyəcəyimizi söyləmişik. Türkiyə terrora əsla imkan verməyəcək. Ölkəmizin cənub-şərqində həyata keçirdiyimiz antiterror əməliyyatları adi əməliyyat deyil. Bununla yanaşı, qonşu ölkələrdən gələn təhdidlərə qarşı da əməliyyatlarımız davam edir. Əlbəttə, İŞİD terror xəvaric qruplaşması bunu hələ qəbul etmək istəmir. Bu (yanvarın 12-də İstanbulda törədilən terroru nəzərdə tutur- “Report”), qruplaşmanın Türkiyədə törətdiyi ilk terror deyil. İndiyədək İŞİD terror xəvaric qruplaşması Türkiyədə 10 dəfə terror aktı törədib”.

Türkiyə prezidenti terrorçu PKK-nı dəstəkləyənlərə və onların himayədarlarına işarə edərək deyib: “İstər siyasətlə məşğul olsunlar, istər xəndək qazsınlar, istərsə dağa çıxsınlar, millətimizin atılması lazım olan addımlarla bağlı qərar verəcəyini bilirəm”.

Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur İslam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir”. (“əl-İrhab”, 24)

Digər xəbərlər