Türkiyə Prezidenti Somalidə məsciddə azan verdi – FOTO
Yanvar 26
16:43
2015
1. 926 dəfə baxılıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Somaliyə səfər edib.
“Sələf Xəbər”Avropa.info-ya istinadən xəbər verir ki, Somalidə bir sıra yeni layihələrin açılışında iştirak edən Ərdoğan, burada TOKİ tərəfindən inşa edilən və anası Tənzilə Ərdoğanın adını daşıyan məscidin də açılışını edib.
Prezident Ərdoğan yeni məsciddə qılınan zöhr namazının azanını verib.
Qeyd edək ki, eyni zamanda 2 min 300 nəfərin namaz qıla biləcəyi Tənzilə Ərdoğan məscidində təhsil də veriləcək.
Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Qiyamət günü müəzzinlər (azan verənlər) insanlar arasında ən uzun boyunlu olacaqlar”. (Müslim)