Türkiyə prezidenti və Səudiyyə Kralı telefonla danışıblar
May 12
16:01
2016
713 dəfə baxılıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanı Kralı Salman ibn Əbdüləziz Ali-Səudun arasında telefon danışığı olub.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu ilin aprelində Səudiyyə Ərəbistanı kralının Türkiyəyə səfəri çərçivəsində Ankara ilə Ər-Riyad arasında ikitərəfli Əlaqələndirici Şuranın yaradılmasına dair sənəd imzalanıb. Sənəd siyasi, iqtisadi, hərbi, diplomatik və informasiya sahələrini əhatə edir.
Sələf Xəbər: Müsəlmanların bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!