Türkiyə prezidenti vəsiyyət etdi
İyun 01
15:44
2015
930 dəfə baxılıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Sabiq Dostlar Prezidentlə görüşür” adlı toplantısı zamanı vəsiyyətini açıqlayıb.
“Sələf Xəbər” Trend-ə istinadən bu barədə məlumat verir. Ərdoğan bildirib ki, öldüyü zaman qəbrinin üzərinə Myanmardan Osmanlı əsgərinin qəbri üzərindən gətirdiyi torpaq səpilsin.
Məlumata əsasən, Ərdoğanın bu sözləri salonda iştirak edənləri göz yaşlarına boğub.
Sələf Xəbər: Uca Allah buyurur: “(Ölənin vəsiyyətini) eşitdikdən sonra onu dəyişənlər günah sahibi olarlar. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir. Hər kəs vəsiyyət edənin (öz vəsiyyətilə) səhv etməsindən və ya günaha batmasından ehtiyat edib (ədalət naminə vəsiyyətdə dəyişiklik edərək) varislərin arasını düzəltsə, ona heç bir günah yazılmaz. Allah bağışlayandır, rəhm edəndir!” (Qurani-Kərim, “əl- Bəqərə” surəsi, 181,182-ci ayələr)