Türkiyə prezidentini öldürməyə cəhd göstərən şəxsə hökm oxundu
Aprel 18
20:20
2015
745 dəfə baxılıb
İstanbul məhkəməsində ötən ilin mayında Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd törətməkdə günahlandırılan şəxsə hökm oxunub.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, məhkəmənin qərarı ilə Ferhat Yıldız 11 il, 8 ay müddətinə azadlıqdan məhrum edilib.
F.Yıldız hakim Ədalət və İnkişaf Partiyasının təşkil etdiyi nümayiş zamanı Ərdoğana əldəqayırma tapançadan atəş açmağa cəhd etmişdi.
Qeyd edək ki, prokurorluq F.Yıldıza 20 il cəza istəmişdi.