Türkiyə Prezidentinin yolunda partlayış
759 dəfə baxılıb
Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın kortejinin keçdiyi vaxt yaxınlıqda yerləşən bir binanın həyətində 2 partlayış baş verib.
“Sələf Xəbər” t24.com.tr-yə istinadən bildirir ki, partlayışlar gecə Prezident Ərdoğanın keçidindən yarım saat əvvəl Çankayada 4 saylı binanın həyətində olub. Birinci partlayışdan 45 dəqiqə sonra ikinci partlayış da baş verib.
Hadisə yerinə çox sayda polis dəstəsi, bomba məhvi briqadası, terror və kəşfiyyat qrupları sövq edilib. Aparılan tədqiqat zamanı təhlükəsizlik qüvvələrinin əməkdaşları həmin ərazidə bir neçə partlayıcı qurğu aşkar ediblər. Partlayıcıların təsir gücünün isə yüksək olmadığı qeyd edilib.
Araşdırmalardan sonra əldə edilən dəlillər, cinayətkarı tədqiq etmək üçün aparılıb.
Polis briqadaları, partlayıcı qurğuların nə məqsədlə hazırlandığı, Prezidentə qarşı yönəlmiş terrorun olub-olmadığı ilə bağlı araşdırma başlanıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin.” (Qurani-Kərim, “Əraf” surəsi, 56-cı ayə)