Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə Qətərdə hərbi baza qurur

İyun 10
13:55 2015

Türkiyə Qətərdə hərbi baza qurmağa hazırlaşır. Qətərdə qurulması planlanan baza Türkiyənin xaricdəki ilk hərbi bazası olacaq.

“Sələf Xəbər” A24.az-a istinadən xəbər verir ki, rəsmi qəzetlərdə dərc olunan qərara görə, Türkiyə xaricdə böyük bir hərbi baza qurmaq üçün hərəkətə keçdi.

Razılaşmaya uyğun olaraq Türkiyə, Qətərdə liman, hava limanı, hava sahəsindən istifadə edəcək, hərbi zavodlardan faydalanacaq.

Qətərdəki Türkiyə hərbi bazasında quru, hava və xüsusi qüvvələr komandanlığına aid birliklər yerləşdiriləcək. Türkiyənin Qətərdə yerləşdirəcəyi hərbi heyətin briqada səviyyəsində olması və bir general təyin edilməsi də gözlənilir.

Qeyd edək ki, Qətərdə qurulacaq Türkiyə hərbi bazası terrorizmlə mübarizədə beynəlxalq birliklə əməkdaşlıq edəcək.

Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)

Digər xəbərlər