Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Türkiyə Qətərdə hərbi baza yaradacaq

Dekabr 17
16:36 2015

Bazada 3 min hərbçi qalacaq.

Türkiyə Fars körfəzi ölkələrindən olan Qətərdə hərbi baza yaradacaq.

“Sələf Xəbər” Lent.az-a istinadən xəbər verir ki, Türkiyənin Qətərdəki səfiri Əhməd Demirok bildirib ki, müxtəlif təyinatlı bazada ümumilikdə 3 min hərbçi qalacaq. Burada hərbi dəniz və hava qüvvələri ilə bağlı xüsusi təyinatlı birliklər də xidmət keçəcək.

Bildirilir ki, iki ölkə arasında yüksək səviyyəli hərbi əməkdaşlıq 2014-cü ildə imzalanan sənədlə daha da möhkəmlənib və bu hərbi bazada 1 il əvvəl əldə edilmiş razılaşmanın əsasında formalaşdırılır.

Qeyd edək ki, hazırda Qətərdə Türkiyənin 100 hərbçisi var. Onlar qətərli həmkarlarına təlim keçirlər.

Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!

Digər xəbərlər