Türkiyə Qəzza və Suriyaya qurbanlıq ət göndərəcək
Oktyabr 01
22:33
2014
823 dəfə baxılıb
“Sələf Xəbər” İslam Today-a istinadən xəbər verir ki, Türkiyənin əsas Humanitar təşkilatı olan IHH Humanitarian Relief Foundation bu il Qurban bayramı üçün ayrılmış qurbanlıqların beşdə bir hissəsini ehtiyaclılar üçün Qəzza zolağına və Suriyaya göndərəcək.
Təşkilatın vitse-prezidenti Yavuz Dede bu barədə deyib: “Minlərlə insan evsiz qalıb, çox sayda yetim və ərsiz qadınlar var. Onlara kömək əli uzatmaq lazımdır. Biz onların ümidi olmaq istəyirik.”
Dedenin sözlərinə görə, bu il Qurban bayramında 10 000 baş heyvanın əti Qəzza və Suriyaya çatdırılacaq. Ümumilikdə isə Türkiyədə 50 000 baş heyvan qurbanlıq kəsiləcək.
“Onlardan özünüz də yeyin, sıxıntı içində olan yoxsullara da yedirdin!”
Qurani Kərim, “Həcc” surəsi, 28-ci ayə